AZ

Hörmüz boğazının bağlanması ilə bağlı ŞOK AÇIQLAMA: enerji qıtlığı, inflyasiya və...

Hörmüz boğazının bağlanması nəticəsində yaranan enerji böhranının miqyası misilsizdir.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fateh Birol Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.

“Dünya indiyədək bu səviyyədə enerji təchizatı kəsintisi ilə üzləşməyib. Mövcud böhran 1973, 1979 və 2002-ci illərin böhranlarının cəmindən daha ciddidir”, - Fateh Birol bildirib.

Böhranın coğrafi təsirlərini şərh edən Fateh Birol qeyd edib ki, Avropa, Yaponiya və Avstraliya ciddi çətinliklərlə üzləşəcək. Bununla yanaşı, əsas riskin inkişaf etməkdə olan ölkələr üzərində cəmləşdiyini vurğulayıb.

Fateh Birolun sözlərinə görə, enerji qiymətlərindəki kəskin artım artıq ərzaq bazarlarına təsir göstərərək qlobal inflyasiya təzyiqlərini gücləndirir. Bu şəraitdə aşağı gəlirli iqtisadiyyatlar “ikiqat şok” qarşısında xüsusilə həssas vəziyyətdə qalır.(apa)

İqtisadçı Eyyub Kərimli Musavat.com-a şərhində bildirib ki, dünyanın neft ixracatının 20-25 faizi Hörmüz boğazından asılıdır. Ekspert hesab edir ki, münaqişə uzanarsa, ciddi alternativ təchizat imkanlarından istifadə olunmalıdır:

image_1775565506056.jpg

“İlk növbədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən Qırmızı dəniz sahillərinə yeni boru kəmərləri çəkilə bilər. O cümlədən həm ABŞ-nin, həm də Norveçin neft ehtiyatlarından istifadə oluna bilər. Digər tərəfdən 30 faizə qədər gübrə ixracı körfəz ölkələri vasitəsilə həyata keçirilirdi ki, bu da kənd təsərrüfatı məhsulları və ərzaq qiymətlərinə ciddi təhdid yaradır. Bunu kompensasiya etmək üçün yeni texnologiyaların yaradılmasına və məhsuldarlığın artırılmasına ehtiyac olacaq. Həmçinin, inkişafda olan ölkələrin inflyasiya riskinin azaldılması üçün beynəlxalq maliyyə qurumlarının ciddi yatırımına, eyni zamanda kənd təsərrüfatı sahəsinə investisiyaların qoyulmasına ehtiyac olacaq. Hesab edirəm ki, həmin ölkələrdə uçot dərəcəsi faizlərinin artırılmasına da ehtiyac olacaq ki, bu ciddi iqtisadi təhdidlər yarada bilər. Bu baxımdan müharibənin təsirlərinin yumşaldılması yaxud kompensasiya edilməsi üçün müəyyən müddət lazım olacaq. Təsir mexanizmlərindən biri də OPEC ölkələri tərəfindən kvotaların artırılmasıdır ki, bu, dünyada neft ehtiyatlarının artmasına səbəb ola bilər. Nəticədə təsirlərin balanslaşdırılmasına nail oluna bilər”.

Nigar Həsənli
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr