AZ

Yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması üzrə qaydalar təsdiqlənib - FƏRMAN

Prezident İlham Əliyev "Yerin təki haqqında" qanunda dəyişiklik edilməsi barədə" 17 mart 2026-cı il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, fərmana əsasən, "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar" təsdiq edilib.

Qaydalar "Yerin təki haqqında" qanuna əsasən hazırlanıb və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması və bu Qaydalara əsasən müəyyən edilmiş keçid dövründə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənin tənzimlənməsinin müvəqqəti qaydalarını müəyyən edir.

Qaydaların əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, o cümlədən onlar tərəfindən yer təkindən istifadə və onun mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl olunması, təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.

Nazirlər Kabineti üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- "Yerin təki haqqında" qanunun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası;

- həmin Qanunun 13-cü maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsi qaydası;

- həmin Qanunun 13-1.5-ci maddəsinə uyğun olaraq, yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası;

Bundan başqa, hökumət yeni qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Seçilən
6
4
fed.az

6Mənbələr