AZ

Seuldan Rusiyaya neft "STOP"u

Cənubi Koreya artıq Rusiya istehsalı olan xam nefti idxal etmir.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Hörmüz boğazı ətrafında mövcud enerji təminatı riskləri səbəbindən Seul yeni tədarük mənbələri axtarışına çıxıb.

Cənubi Koreya ABŞ sanksiyalarının müvəqqəti yumşaldılması imkanına baxmayaraq, Rusiya neftini idxal etməkdən çəkinir.

Məlumata görə, Hörmüz boğazının tıxanması nəticəsində yaranan enerji böhranı Koreyanı 17 ölkədə alternativ təchizatçı axtarmağa məcbur edib.

Hazırda ölkəyə xam neft ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Kanada başda olmaqla 17 dövlətdən gətirilir və bu tədarükçülər arasında Rusiya yer almır.

Nazirliyin bəyanatında bildirilir ki, Cənubi Koreya müəssisələri Rusiya neftini sonuncu dəfə 2022-ci ilin aprel ayında alıblar və hazırda yeni sifarişlər mövcud deyil.

Eyni zamanda, ölkə Prezidenti Li Ce Myonq Yaxın Şərqdə artan gərginlik fonunda əhalini yanacaqdan qənaətlə istifadə etməyə çağırıb.

Bununla belə, istisna hal kimi Cənubi Koreyaya məxsus "LG Chem" kimya şirkəti Rusiyadan 27 min ton həcmində nafta idxal etməyi planlaşdırır.

Seçilən
48
2
moderator.az

3Mənbələr