AZ

Azərbaycanda məhkəmə ekspertizası sahəsində islahatlar: Hansı yeniliklər olacaq?

Bakı. Trend:

Azərbaycanda “Məhkəmə Ekspertizası” informasiya sistemivasitəsilə ekspertiza təyin edilməsi ilə bağlı qərarların vəmüqavilələrin elektron qaydada qəbulu, onların icraata yönəldilməsimümkün olacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindənməlumat verilib.

Bildirilib ki, Azərbaycanda məhkəmə ekspertizası sahəsində yeniinkişaf mərhələsinin əsası qoyulur. “Azərbaycan Respublikasındaməhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illərüçün Konsepsiya” bu sahədə islahatların istiqamətini müəyyən edənstrateji sənəd kimi qəbul olunub. Sənəd məhkəmə-hüquq sistemininkeyfiyyət transformasiyasına yönəlmiş kompleks yanaşmanı əksetdirir.

Konsepsiyada normativ-hüquqi bazanın təkmilləşdirilməsi,rəqəmsallaşma, kadr potensialının inkişafı və maddi-texniki təminatkimi istiqamətlər bir-biri ilə qarşılıqlı əlaqədə nəzərdətutulub.

Sənədin ən mühüm komponentlərindən biri məhkəmə ekspertizasıfəaliyyətinin rəqəmsal transformasiyasıdır. Bu istiqamətdəAzərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 noyabr tarixli“Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqındaFərmanı mühüm institusional və hüquqi baza rolunu oynayır. Fərmanməhkəmə ekspertizası prosesində şəffaflığın, operativliyin vəobyektivliyin artırılmasını, bu sahədə bütün əsas prosedurlarınelektron platforma üzərindən həyata keçirilməsini nəzərdətutur.

Yeni yaradılacaq sistem vasitəsilə ekspertiza təyin edilməsi iləbağlı qərarların (qərardadların) və müqavilələrin elektron qaydadaqəbulu, onların icraata yönəldilməsi və prosesin real vaxtrejimində izlənilməsi mümkün olacaq. Eyni zamanda, hər bir məhkəməeksperti və istifadəçi üçün şəxsi kabinetlərin yaradılması,ekspertiza müddətlərinə nəzarət mexanizmlərinin tətbiqi vəgecikmələrlə bağlı avtomatlaşdırılmış bildirişlərin göndərilməsiidarəetmədə çevikliyi əhəmiyyətli dərəcədə artıracaq.

Sistem çərçivəsində ekspert rəylərinin və vəsatətləringücləndirilmiş elektron imza ilə təqdim edilməsi, məlumatlarınarxivləşdirilməsi və digər dövlət informasiya ehtiyatları iləinteqrasiyası isə həm hüquqi etibarlılığı, həm də məlumatmübadiləsinin səmərəliliyini təmin edən əsas amillərdir.

Bununla yanaşı, sistemin tətbiqi məhkəmə ekspertizası sahəsindəvahid məlumat və bilik bazasının formalaşdırılmasına, statistik vəanalitik hesabatların hazırlanmasına, eləcə də bəzi ekspertizanövlərinin elektron qaydada aparılmasına imkan yaradacaq.

Vahid informasiya sisteminin yaradılması və dövlət qurumlarıarasında inteqrasiyanın təmin edilməsi ekspertiza proseslərini həmstrukturlaşdıracaq, həm də sürətləndirəcək.

Həmçinin Konsepsiyada maddi-texniki bazanın gücləndirilməsi dəxüsusi yer tutur. Müasir laboratoriyaların qurulması, yenitexnologiyaların tətbiqi və infrastrukturun yenilənməsi prosesi həmrəqəmsallaşmanı təmin edəcək, həm də ekspertiza fəaliyyətində süniintellekt alətlərinin tətbiqi imkanlarını artıracaq. Xüsusiləyüksək texnoloji tədqiqat metodlarının tətbiqi mürəkkəb işlərindaha qısa müddətdə və daha etibarlı şəkildə araşdırılmasına imkanverəcək.

Bununla yanaşı, Konsepsiya potensial riskləri də nəzərə alır.Maliyyə resurslarının məhdudluğu, rəqəmsal bacarıqların yetərliolmaması və sistemlərarası inteqrasiyada mümkün gecikmələr kimiamillərin təsirinin neytrallaşdırılması üçün konkret mexanizmlərmüəyyən edilib.

Qeyd edilib ki, ümumilikdə Konsepsiya məhkəmə ekspertizasısahəsində keyfiyyət, sürət və etibarlılıq balansını təmin etməyəyönəlmiş kompleks rəqəmsal islahat modelidir. Onun uğurlu icrasınəticəsində yalnız ekspertiza sisteminin deyil, bütövlükdə ədalətmühakiməsinin effektivliyinin yüksəlməsi gözlənilir.

Seçilən
51
az.trend.az

1Mənbələr