AZ

Almaniya xəstəxanalarını səfərbər edir – Şərq cəbhəsində müharibə siqnalı

Almaniya son onilliklərin ən böyük tibbi evakuasiya təlimlərindən birinə start verib.

Musavat.com xəbər verir ki, təlimlərin ssenarisinə əsasən, Litva ərazisində mümkün hərbi qarşıdurma zamanı yaralanan hərbçilər təyyarələr və avtomobil karvanları ilə Avropa boyunca Almaniya istiqamətində daşınır.

Plan üzrə yaralılar əvvəlcə ön xəttə yaxın zonalardan çıxarılır, daha sonra isə müxtəlif logistika marşrutları ilə Almaniyaya çatdırılır. Burada onlar həm mülki, həm də hərbi tibb müəssisələri arasında bölüşdürülür və müalicəyə cəlb olunur.

Təlimlərin əsas məqsədi NATO-nun şərq cinahında mümkün eskalasiya vəziyyətində səhiyyə sisteminin dayanıqlığını yoxlamaq, eyni zamanda qısa müddətdə böyük sayda yaralının qəbul və yerləşdirilməsi imkanlarını sınaqdan keçirməkdir.

Bu ssenari xüsusilə Rusiya ilə mümkün qarşıdurma ehtimalları fonunda hazırlanıb.

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr