AZ

İrana körpü zərbəsi: SEPAH-ın logistikası vuruldu

İsrail Müdafiə Qüvvələri (SAXAL) bu gün İran ərazisindəki səkkiz körpüyə hava zərbələri endirdiyini rəsmən bəyan edib.

KONKRET.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu da bu məlumatı təsdiqləyərək strateji əməliyyatın məqsədini açıqlayıb. O bildirib ki, bu gün həyata keçirilən hücumlar zamanı əsasən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən istifadə edilən dəmir yolları və körpülər hədəf alınıb. Bu addım İranın hərbi logistika imkanlarını məhdudlaşdırmaq və SEPAH-ın infrastruktur şəbəkəsinə zərbə vurmaq məqsədi daşıyır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
32
1
konkret.az

2Mənbələr