ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Sabunçu rayonunda 46 yaşlı kişi sevgilisinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində baş verib. Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Fətulla sevgilisi Ləman (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb Ləmanın Fətulla ilə kobud danışıb və nalayiq ifadələr işlətməsi üstündə yaranıb. Aralarında yaranmış mübahisə zamanı o, qəsdən əli ilə zərərçəkmiş şəxsin üz nahiyəsindən bir neçə dəfə vurub. Fətullanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Fətulla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən 46 yaşlı sevgilisinin bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Cinayət işi üzrə cinayət təqibinə xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.