AZ

İran ABŞ-lə bütün danışıqları dayandırdı

İran ABŞ ilə danışıqları dayandıraraq Pakistana artıq atəşkəs danışıqlarında iştirak etməyəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Bir müddət əvvəl Reuters agentliyi yüksək vəzifəli bir məmura istinadən İranın ABŞ ilə davamlı sülh üçün ilkin şərtlər irəli sürdüyünü bildirmişdi.

Rəsmi şəxsin sözlərinə görə, Tehranın ilkin şərtlərinə zərbələrin dərhal dayandırılması, hücumların təkrarlanmayacağına zəmanət və dəyən ziyana görə kompensasiya daxildir.

Rəsmi şəxs bildirib ki, Tehran ABŞ ilə müvəqqəti olan istənilən atəşkəsi rədd edir.

O əlavə edib ki, daimi sülh müqaviləsi İrana Hörmüz boğazından keçən gəmilər üçün rüsum tələb etməyə imkan verməlidir ki, bu da gəminin növündən, yükündən və mövcud şəraitdən asılı olaraq dəyişəcək.

Seçilən
15
50
unikal.az

10Mənbələr