AZ

Neftdə eniş: 2027 ci il üçün Azərbaycanı nə gözləyir?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2026-2027-cı illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

Globalinfo.az xəbər verir ki, “APA-Economics”in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).

EIA-nın ehtimalına görə, 2026-cı ildə ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, Azərbaycanda qeyd olunan göstərici 2025-ci ildə 570 min barel təşkil edib. 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr