“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Premyer Liqanın 26-cı turu çərçivəsində “ Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 2:4 hesablı məğlubiyyəti belə şərh edib:
"Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik, yaxşı da başladıq. Adi səhvdən qol buraxdıq. İkinci qolda da səhvə yol verdik. Halbuki penalti epizodundan əvvəl qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı. "Sabah" elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamaycaq. Ən azından 1 xal götürmək istəyirdik. Alınmadı. "Sabah"ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik".