AZ

Tiktokerin videogörüntüləri ilə bağlı müəmma...

"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə düşüb.

Publika.az Oxu.az-a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə baş tutacaqdı.

Prosesin təxirə salınmasına təqsirləndirilən şəxsin vəkilinin məhkəməyə təqdim etdiyi videogöruntülərlə bağlı ekspertizanın yekun rəyinin məhkəməyə daxil olmaması səbəb göstərilib.

Bununla yanaşı, cinayət işindəki dövlət ittihamçısı dəyişdirilərək, işə yeni prokuror kimi Elvin Mirzəyev qoşulub.

Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib.

Seçilən
25
5
publika.az

8Mənbələr