AZ

Sahibi müharibədə itkin düşən ayı KÖMƏKSİZ QALIB: Zooparklar QƏBUL ETMİR – FOTO/VİDEO

Çelyabinskdə sahibsiz qalan ayını qonşu qadın öz təqaüdü ilə bəsləyir.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Çelyabinsk kəndlərinin birində qeyri-adi və kədərli hadisə yaşanır. Aleksandr adlı yerli sakin bir neçə il əvvəl meşədən tapdığı və “Stepan” adlandırdığı ayını özünün xüsusi tikdiyi evdə bəsləməyə başlayıb. Lakin 2022-ci ildə o, müharibəyə (SVO) yollanıb və 2025-ci ilin yanvarından etibarən onunla əlaqə kəsilib.

Ayı kimsəsiz qaldıqdan sonra ona qonşusu, təqaüdçü Alyona baxmağa başlayıb.

Alyona özünün az məbləğli təqaüdü ilə heyvana ət və meyvə ala bilsə də, artıq yaşına görə ayının qəfəsini təmizləməyə və ona lazımi qulluq göstərməyə gücü çatmır.

Qadın kömək üçün “Züratkul” qoruğuna müraciət etsə də, ona bildirilib ki, ayının qəbul edilməsi üçün əvvəlcə onun “sahibsiz”, keçmiş sahibinin isə rəsmən “ölmüş” elan edilməsi lazımdır. Lakin Aleksandrın ölümü ilə bağlı rəsmi sənəd hələlik yoxdur.

Digər zooparklar da sənəd çatışmazlığı səbəbindən ayını qəbul etməkdən imtina edirlər. Qubernator Tekslerin qəbul otağından da qadına heç bir köməklik göstərilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
41
interpress.az

1Mənbələr