AZ

“Bavariya” “Real”ı məğlub edib

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

“Apasport” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

İspaniya “Real”ı alman təmsilçisi “Bavariya”nı qonaq edib. 3 qolun vurulduğu matçda “kral klubu” rəqibinə 1:2 hesabı ilə məğlub olub.

İngiltərənin “Arsenal” komandası isə Portuqaliyanın “Sportinq”ini sınağa çəkib. “Topçular” rəqibinə minimal hesabla qalib gəlməyi bacarıb – 1:0.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi

İlk oyunlar

7 aprel

23:00 “Real” – “Bavariya” 1:2

23:00 “Sportinq” – “Arsenal” 0:1

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
4
azpost.info

9Mənbələr