AZ

Türkiyə və Pakistan XİN rəhbərləri İranla bağlı diplomatik səyləri müzakirə edib

BAKI, 8 aprel. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın xarici işlər naziri İshaq Dar ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, tərəflər Fars körfəzi bölgəsindəki gərginliyin aradan qaldırılması istiqamətində diplomatik səyləri müzakirə ediblər.

Məlumata görə, danışıq münaqişənin dayandırılması istiqamətində aparılan təşəbbüslər çərçivəsində baş tutub.

Xatırladaq ki, daha əvvəl Pakistanın baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampdan İranla razılaşmanın əldə olunması üçün son müddətin iki həftə uzadılmasını xahiş edib.

Seçilən
65
teleqraf.com

1Mənbələr