AZ

Trampın sülh mesajı neft bazarını silkələdi: Qiymətlər kəskin ucuzlaşır

ABŞ Prezidenti Donald Trampın İranla əldə olunan atəşkəs və Hürmüz boğazının açılması ilə bağlı bəyanatından dərhal sonra dünya birjalarında neft qiymətləri sürətlə aşağı düşməyə başlayıb.

Regionda gərginliyin azalması və strateji neft marşrutunun bərpası ehtimalı bazarlarda təzyiqi azaldaraq kəskin qiymət enişinə səbəb olub.

Musavat.com xəbər verir ki, hazırda "Brent" markalı neftin qiyməti təxminən 18% ucuzlaşaraq 90 dollar səviyyəsinə enib. Eyni zamanda "Crude Oil" qiymətlərində də 19%-ə yaxın azalma müşahidə olunur.

Analitiklər bunu son dövrlərin ən kəskin birgünlük enişlərindən biri kimi qiymətləndirirlər. Sülh danışıqlarının müsbət nəticələnəcəyi təqdirdə, enerji daşıyıcılarının qiymətindəki bu tendensiyanın davam edəcəyi gözlənilir.

Toğrul İsmayıl,
Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr