AZ

Azərbaycanda bəzi dövlət qulluqçuları üçün yeni qaydalar tətbiq edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyindəolan ASAN xidmət mərkəzlərində qulluq keçən dövlət qulluqçularınınetik davranış qaydalarında dəyişiklik edilib.

Trend-inməlumatına görə, dəyişiklik dövlət qulluqçusunun xidməti vəxidmətdən kənar davranışı qaydalarını özündə ehtiva edir.

Qüvvədə olan qanunvericiliyə əsasən, dövlət qulluqçusu onatəklif edilən qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyaz və yagüzəştlərdən imtina etməlidir.

Dəyişikliyə əsasən, yuxarıda qeyd edilənlər dövlətqulluqçusunun xəbəri olmadan və ya digər ondan asılı olmayansəbəblərdən verilərsə, bu barədə “Korrupsiyaya qarşı mübarizəhaqqında” Qanuna əsasən, yaradılmış səlahiyyətli struktur bölməyə(şəxsə) məlumat verməli (daha əvvəl rəhbərinə məlumat verməli idi)və akt üzrə Dövlət Agentliyinə təhvil verməlidir.

Qüvvədə olan qanunvericiliyə görə, dövlət qulluqçusu xidmətivəzifələrinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdəona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, beləcəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hərhansı formada hədiyyə, bəxşiş, ödənc və s. tələb və ya qəbuletməməlidir.

Dəyişikliyə görə, yuxarıda qeyd edilən hallar barədə dərhal“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən, yaradılmışsəlahiyyətli struktur bölməyə (şəxsə) məlumat verməlidir (dahaəvvəl bilavasitə rəhbərinə məlumat verməli idi).

Analoji dəyişikliklər “ASAN xidmət” mərkəzlərində fəaliyyətintənzimlənməsi və davranış qaydalarında da tətbiq ediləcək.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunaəsasən, səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədarhüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması,maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləriüzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərininidarə edilməsi funksiyalarını həyata keçirən bir və ya bir neçəsəlahiyyətli struktur bölmə və ya səlahiyyətli şəxs hesabedilir.

Seçilən
23
2
az.trend.az

3Mənbələr