AZ

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Cib Kapital İnvestisiya Şirkəti" QSC-ni dövlət qeydiyyatına alıb.

"Cebheinfo.az" Nazirliyə istinadən xəbər verir ki, yeni qurumun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 13A, nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox - 500 min manat, qanuni təmsilçisi isə Gündüz Maxsud oğlu Gözəlovdur.

Xatırladaq ki, hazırda ölkədə 12 investisiya şirkəti Azərbaycan Mərkəzi Bankının müvafiq lisenziyasına malikdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

3Mənbələr