AZ

Yaranmış vəziyyət İran üçün böyük bir şansdır ki, İsrail və ABŞ ilə barışsın Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Bütün sivil dünya böyük həyəcanla ABŞ/İsrail və İran arasında gedən müharibənin gedişatını izləyirdi. ABŞ Prezidenit Donald Tramp hədələrini gerçəkləşdirib İranın energetika sisteminə zərbə endirsəydi, bu, XXI əsrin ən böyük humantar fəlakətinə yol açacaqdı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirdi.

Millət vəkili vurğuladı ki, biz həmişə münaqişənin diplomatik yolla həllinin tərəfdarı olmuşuq:

"Pakistana və Çinə atəşkəsin əldə olunmasına verdikləri töhfəyə görə hər kəs minnətdar olmalıdır. Yaranmış vəziyyət İran üçün böyük bir şansdır ki, İsrail və ABŞ ilə barışsın, yarım əsrlik düşmənçiliyə son qoyulsun, regiona davamlı sülh gəlsin, İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılsın. İran münbit torpaqlara və böyük təbii sərvətlərə malik ölkədir. Əgər daxildə islahatlar aparılsa, ölkənin gəlirləri silahlanmaya və xaricdə proksi silahlı qüvvələrin saxlanmasına yox, iqtisadiyyata və sosial problemlərin həllinə yönəldilsə, korrupsiyaya qarşı mübarizə gücləndirilsə, iqtisadiyyatda proteksionizmə son qoyulsa, real rəqabət mühiti yaradılsa, qanunun aliliyi təmin edilsə, daxili azadlıqlar genişləndirilsə, İran qısa dövr ərzində regionun və bəlkə də dünyanın ən azad və güclü dövlətlərindən birinə çevriləcək. Ümid edək ki, sülh səyləri müsbət nəticələr verəcək, İranın yeni rəhbərliyinin aparacağı islahatların nəticəsi olaraq, İran dünyanın ən sivil, sülhpərvər ölkələrindən birinə çevriləcək".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
redaktor.az

7Mənbələr