AZ

Trampın atəşkəs planı təhlükədə: Bəhreyndən İrana ittihamlar

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bəhreyn İranın hücumu nəticəsində bir obyektdə yanğın baş verdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin  "X" sosial media platformasındakı hesabından edilən açıqlamada, İranın hücumu nəticəsində bir obyektdə yanğın çıxdığı, Mülki Müdafiə qüvvələrinin yanğını nəzarət altına aldığı və hücumla bağlı xəsarət alanın qeydə alınmadığı bildirilib.

Nazirlik ABŞ ilə İran arasında əldə olunmuş 2 həftəlik müvəqqəti atəşkəsdən saatlar sonra bu səhər Bəhreyndə sirenlərin çalındığını bildirib.

Bəhreyn rəsmiləri sirenlərdən sonra İrandan yeni bir hücumun olub-olmaması ilə bağlı hələlik açıqlama verməyiblər.

Daxili İşlər Nazirliyinin açıqlamasında da yanğına səbəb olan hücumun atəşkəsdən əvvəl, yoxsa sonra reallaşdığına dair məlumat verilməyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr