AZ

Hökməlidə 12 gündür su yoxdur Sakinlərə niyə gözləməyin deyilib? FOTO

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Abşeron rayonunun, Hökməli qəsəbəsinin bir hissəsində artıq 12 gündür suyun verilişi dayandırılıb.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, problemin səbəbi kimi nasosxanaya suyun gəlməməsi göstərilir. Bildirilir ki, bu səbəbdən qəsəbənin bir hissəsinə su ötürülməsi mümkün olmur.

Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı onlara konkret tarix də söylənilmir. Hətta bəzi hallarda "gözləməyin, su tezliklə olmayacaq" deyildiyi iddia olunur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
oxu.az

1Mənbələr