Feodosiyadakı neft anbarı daha bir dron hücumundan sonra yanğına məruz qaldı. Luqanskda da böyük yanğın baş verdi.
8 aprel çərşənbə axşamı gecəsi dronlar müvəqqəti işğal olunmuş ərazilərdə - Luqansk və Feodosiyadakı işğalçı obyektlərə hücum etdi. Bir neçə Telegram kanalı bu barədə məlumat verərək hadisə yerindən görüntülər yayımladı.
Bildirilir ki, PUA-lar yenidən Feodosiyadakı işğalçı neft anbarına zərbə endirib. Sosial mediada yayılan məlumatlara görə, yanğın o qədər böyük olub ki, onun parıltısı onlarla kilometr uzaqlıqda görünürdü.
Gecə ərzində müvəqqəti işğal olunmuş Luqansk şəhərinə də çoxsaylı hava zərbələri endirilib. Böyük yanğın baş verdiyi bildirilib.
Əziz MUSTAFA