AZ

Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq

Aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır və qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - müraciətdə vurğulanıb və əlavə olunub ki, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar:
"Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".
Seçilən
22
49
onn.az

10Mənbələr