AZ

İranda məhbuslar aclıq aksiyasına başladı

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər İranda 6 siyasi məhbusun edam edilməsindən sonra Tehranın Evin və Kərəcin Qızılhisar həbsxanaları başda olmaqla, bir neçə həbsxanada saxlanılan məhbuslar aclıq aksiyasına əl atıblar.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, aksiya siyasi məhbusların edam edilməsinə etiraz olaraq və ölüm hökmlərinin icrasının dayandırılması tələbi ilə aprelin 7-də başlayıb.

Qeyd edək ki, ötən həftə yanvar etirazları zamanı həbs olunan 4 nəfər və həmçinin İran Xalq Mücahidləri Təşkilatının iki üzvünün edam hökmü icra olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
axar.az

1Mənbələr