AZ

Məşhur reperin Britaniyaya girişi qadağan edildi

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Amerikalı reper Kanye Vest siyasi qalmaqal səbəbindən Böyük Britaniyaya buraxılmayıb.

Kulis.az xəbər verir ki, sənətçinin ölkəyə giriş üçün etdiyi müraciət rəsmilər tərəfindən bloklanıb.

Bildirilir ki, reper 6 aprel tarixində elektron giriş icazəsi üçün müraciət etsə də, əvvəlcə təsdiqlənən bu icazə sonradan ləğv olunub. Rəsmilər onun Böyük Britaniyada olmasının “ictimai faydaya uyğun olmadığını” əsas gətiriblər.

O, iyul ayında Londonda keçiriləcək “Wireless” festivalında çıxış etməli idi.

Qeyd edək ki, reper son illər antisemit çıxışlarına görə sərt tənqid olunurdu. O, Adolf Hitlerə simpatiya ifadə edən açıqlamaları ilə gündəmə gəlmişdi. Həmçinin ötən il “Heil Hitler” adlı mahnı yayımlamış, bir müddət sonra isə saytında svastika simvolu olan köynəklərin reklamı yerləşdirilmişdi.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer də reperin festivalda çıxışı ilə bağlı narahatlığını ifadə etmişdi.

Ağrılıdır müharibə, əgər orda sevgi yoxdursa... - Günün şeiri

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
kulis.az

2Mənbələr