AZ

Yaxın Şərqdə müharibənin itkiləri açıqlanıb

Son məlumatlara görə, ən çox insan itkisi İranda qeydə alınıb...

Poliqon xəbər verir ki, “Al Jazeera” telekanalının hazırladığı infoqrafikaya əsasən, fevralın 28-dən aprelin 7-dək Yaxın Şərqdə baş verən hərbi əməliyyatlar nəticəsində minlərlə insan həlak olub və yaralanıb.

Məlumata görə, ən çox itki İran ərazisində qeydə alınıb. Belə ki, İranın müxtəlif bölgələrində həyata keçirilən hücumlar nəticəsində 2076 nəfər həyatını itirib, 26 500 nəfər isə yaralanıb.

İtkilərin sayına görə ikinci yerdə Livan qərarlaşıb. Bu ölkədə 1497 nəfərin öldüyü, 4639 nəfərin isə xəsarət aldığı bildirilir.

İsraildə isə 26 nəfərin həlak olduğu, 7183 nəfərin yaralandığı qeyd olunur.

Məlumatda itkilərin İranın hücumları, eləcə də İsrail və ABŞ-nin həyata keçirdiyi zərbələr nəticəsində baş verdiyi vurğulanır.

Analitiklər bildirirlər ki, bu statistika regionda münaqişənin miqyasının genişləndiyini və humanitar vəziyyətin sürətlə ağırlaşdığını göstərir.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr