AZ

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib...

Poliqon xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən isə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər bu səlahiyyət sadəcə Nazirlər Kabinetində idi.

Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.

Həmçinin, fərmana görə, 2026-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi həmin Fərmana uyğun olaraq həyata keçiriləcək. İndiyə qədər bu müddət 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Həmin Fərmanla müəyyən edilmiş qaydada təqdim edilən vəsatət və ona əlavə olunan istismarına icazə verilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin yerquruluşu planı əsasında torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar qəbul edilir.

Fərmana əsasən, bu Qaydalarda göstərilən əsaslar üzrə yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi müvafiq ərazinin ərazi planlaşdırılması sənədlərində, ərazilərin zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklərə uyğun olduqda, həmçinin həmin ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatı sistemləri imkan verdikdə həyata keçirilir. Bu məqsədlə, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin müvafiq ərazilərdə salınmış yaşayış massivlərində həyata keçirdikləri monitorinqlərin nəticələri və onların sifarişi ilə Xidmətin (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət) apardığı kompleks yerquruluşu işlərinin nəticələrinə istinad edilməklə hazırlanmış yerquruluşu planları (xəritələri) əsasında yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin əsaslandırılmış təklifləri hazırlanır və Xidmətə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə) təqdim edilir. Həmin təkliflər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (Naxçıvan Muxtar Respublikasında müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla, həmin yaşayış massivlərində normativ hüquqi aktlarla müəyyən edilmiş ərazi planlaşdırılması və şəhərsalma tələblərinə uyğun olaraq kompleks təhlil aparılmaqla, ümumi yaşayış massivi yanaşması əsasında bütün ərazinin kateqoriyasının dəyişdirilməsi barədə müvafiq qərarın qəbul edilməsi üçün Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Nazirlər Kabinetinə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə) təqdim ediləcək.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi, fəaliyyət sferalarına (maraqlarına) toxunulan dövlət orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəyləri və torpaq sahələrinin yerquruluşu planları əlavə edilməklə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xidmətə müraciəti əsasında, bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.

Fərmana əsasən, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Azərbaycan Respublikası Torpaq Məcəlləsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy vermək səlahiyyəti verilir.

Dövlət Ekoloji Ekspertiza Agentliyi faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verəcək.

Poliqon.info

Seçilən
9
22
poliqon.info

10Mənbələr