AZ

Mbappe Raula çatır

“Real”ın hücumçusu Kilian Mbappe 2025/26 mövsümünün UEFA Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda “Bavariya”ya qarşı (1:2) qol vurub.

Msport.az xəbər verir ki, bu qol fransız futbolçunun turnirdə vurduğu 69-cu qol olub və o, “Real” və “Şalke”nin keçmiş oyunçusu Raul Qonsalesə (71) yaxınlaşır.

Siyahıya “Mançester Yunayted” və “Real”ın keçmiş hücumçusu Kriştianu Ronaldu (141), “Barselona”nın sabiq oyunçusu Lionel Messi (129) başçılıq edir. İlk üçlüyü əvvəllər “Borussiya Dortmund” və “Bavariya”da oynamış, hazırda isə “blauqrana”nın rənglərini qoruyan Robert Levandovski (109) tamamlayır.

Seçilən
5
1
msport.az

2Mənbələr