AZ

Bayılda evə daş parçaları düşdü VİDEO

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər yağan aramsız yağışlar Bayıl qəsəbəsi, Dağlıq küçəsi 20 ünvanında yaşayan sakinlərin kabusuna çevrilib. Belə ki, yağıntı nəticəsində dağdan qopan iri daş parçaları həmin ünvanda yerləşən evlərdən birinin divarını uçuraraq içəri dolub. Nəticədə mənzilə ciddi ziyan dəyib. Təəssüf ki, sakinlər hazırda təhlükəli vəziyyətə baxmayaraq evdə yaşamaq məcburiyyətindədirlər.Sakinlərin sözlərinə görə, bu ilk belə hadisə deyil. Ötən il də oxşar hadisə baş verib və hər güclü yağış onlar üçün real təhlükə deməkdir. Böyük qaya parçalarının hər an yuvarlanması faciə riskini artırır.Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumların məsul əməkdaşları tərəfindən qeyd olunan ünvana yerində baxış keçirilib. Problemin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciətlər hazırlanıb.Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.Ətraflı reportajda:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr