AZ

Metronun 28 May stansiyasının yaxınlığında TƏHLÜKƏLİ VƏZİYYƏT: Eyvan hər an uça bilər VİDEO

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən binalardan birində təhlükəli vəziyyət yaranıb.

Bu barədə Oxu.Az-a daxil olan müraciətdə bildirilib.

Qeyd olunub ki, binada eyvanlardan biri konstruksiyadan aralanıb və digər eyvanlarla müqayisədə nəzərəçarpacaq dərəcədə əyilib.

Redaksiyamıza təqdim olunan görüntülərdə də eyvanın bir hissəsinin boşaldığı, konstruksiyanın isə təhlükəli şəkildə irəli doğru əyildiyi aydın görünür.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Vətəndaşların sözlərinə görə, ərazidən gün ərzində çox sayda insan keçdiyi üçün mövcud vəziyyət ciddi risk yaradır. Onlar bildirirlər ki, eyvanın hər an uçmaq ehtimalı var.

Qeyd edək ki, təqdim olunan digər kadrlarda ərazi ətrafında sıx hərəkətlilik müşahidə olunur ki, bu da potensial təhlükəni daha da artırır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
oxu.az

1Mənbələr