AZ

Ölkəmizdə ən çox müraciət edilən plastik cərrahiyə əməliyyatları açıqlandı

BAKI, 8 aprel. TELEQRAF

Ölkəmizdə ən çox müraciət edilən əməliyyatlar rinoplastika, burun əməliyyatlarıdır.

Teleqraf xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayım zamanı klinikanın fəaliyyətindən danışarkən deyib.

O bildirib ki, sıx müraciət edilən əməliyyatlardan biri də süd vəzi əməliyyatlarıdır.

“3-cü sırada isə bədən şəkilləndirmə əməliyyatıdır. Təbii şəkildə bədən şəkilləndirmə əməliyyatlarıdır. Qarın əməliyyatları 4-cü sıradadır. Rekonstruktiv əməliyyatlarda isə birinci sıranı əl ilə bağlı cərrahiyyə əməliyyatlarıdır. Bunun da səbəbi iş yerlərində qəza nəticəsində yaranan problemlərdir”.

Seçilən
44
1
teleqraf.com

2Mənbələr