AZ

Livan OD İÇİNDƏ: "Hizbullah"ın qərargahları BOMBALANDI - VİDEO

İsrail Müdafiə Ordusu (İDF) son vaxtların ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirərək Livan ərazisini ağır atəşə tutub.

Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi "Telegram" kanalında məlumat yayılıb.

Məlumatda bildirilir ki, ordu bir müddət əvvəl Beyrut, Bekaa vadisi və Livanın cənubunda "Hizbullah"a məxsus komanda mərkəzlərinə və hərbi obyektlərə qarşı həyata keçirilən genişmiqyaslı zərbələr seriyasını tamamlayıb.

İsrail tərəfi bu əməliyyatın dəqiq kəşfiyyat məlumatlarına əsaslandığını və bir neçə həftə ərzində hazırlandığını vurğulayıb.

İDF-in məlumatına görə, hücumların əsas hədəfi qruplaşmanın hücum planlaşdırmaq üçün istifadə etdiyi infrastruktur və komanda məntəqələri olub.

Bununla yanaşı, İsrail Müdafiə Ordusu cari əməliyyat çərçivəsində İrana qarşı zərbələrin dayandırıldığını elan edib.

 Musavat.com.

Seçilən
26
1
musavat.com

7Mənbələr