AZ

Hindistan yeddi ildən sonra ilk dəfə İran nefti alacaq

ABŞ-nin tədarük çatışmazlığını yumşaltmaq məqsədilə İran nefti və neft məhsullarının ixracına tətbiq edilən sanksiyaları müvəqqəti ləğv etməsindən sonra, Hindistan yeddi ildən bəri ilk dəfə İrandan neft partiyası alacaq.

Ölkə.Az xəbər verir ki, bu barədə çərşənbə günü "Reuters" agentliyi "LSEG" və "Kpler" gəmi izləmə məlumatlarına istinadən bildirib.

Ölkənin ən böyük emal müəssisəsi olan dövlətə məxsus "Indian Oil Corp" (IOC) şirkəti hazırda Kürasao bayrağı altında üzən "Jaya" supertankerində olan yükü satın alıb. Gəmi Hindistanın şərq sahillərinə doğru istiqamət götürüb və onun bu həftənin sonuna doğru çatacağı gözlənilir.

İlkin olaraq tanker Çində boşaldılmaq üçün Cənub-Şərqi Asiyaya gedirdi, lakin marşrutu Hindistana tərəf dəyişdirilib. Daha bir tanker — "Jordan" da boşalma yeri kimi Hindistanı göstərir.

Dünyanın üçüncü ən böyük neft idxalçısı və istehlakçısı olan Hindistan, ABŞ-ın təzyiqi səbəbindən 2019-cu ilin may ayından bəri İran nefti almırdı. Lakin Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərin yaratdığı tədarük kəsintiləri ölkəni idxalı bərpa etməyə məcbur edib.

Hindistan Energetika Nazirliyi qeyd edib ki, emal müəssisələrinin alışların ödənişi ilə bağlı heç bir problemi yoxdur. "Kpler"in məlumatına görə, aprel ayında dənizdə olan İran neftinin həcmi rekord səviyyəyə — 180 milyon barreldən çoxdur.

Seçilən
16
1
olke.az

2Mənbələr