Çoxmərtəbəli yaşayış binalarından zibil atılması halları daim aktual mövzu kimi diqqətdə olub.
Day.Az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən hündür mərtəbəli binalardan məişət tullantılarının atılması inzibati xəta hesab olunur.
Qanunvericiliyə görə, bu qaydanı pozan fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə oluna bilər.
Nəzərə almaq lazımdır ki, hündür mərtəbəli binalardan zibil atılması yalnız inzibati məsuliyyətlə məhdudlaşmaya bilər. Əgər bu hərəkət nəticəsində insanların sağlamlığına zərər dəyərsə və ya əmlaka ciddi ziyan vurularsa, məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi çərçivəsində araşdırıla bilər.
Bu halda daha sərt cəzalar nəzərdə tutulur. Misal üçün iri məbləğdə cərimələr, ictimai işlər və hətta azadlığın məhdudlaşdırılması kimi sanksiyalar tətbiq oluna bilər.
Nəsimi Ələsgərli