AZ

Türkiyədə güclü yağışlar körpünü uçurdu: Kəndlərlə əlaqə kəsildi, Ölənlər var

Türkiyənin Osmaniye vilayətinin Düziçi rayonunda təsirli olan şiddətli yağışlar nəticəsində körpü uçub.

Musavat.com TRT Haber-ə istinadən xəbər verir ki, rayonda ötən axşamdan bəri fasilələrlə davam edən leysan yağışları gündəlik həyata ciddi mənfi təsir göstərib.

Güclü yağış səbəbindən suyun səviyyəsi kəskin yüksələn Deliçay üzərindəki körpü çökməyə dözməyərək uçub. Hadisə nəticəsində Karacaoğlan məhəlləsi ilə Göllüler kəndi arasındakı nəqliyyat əlaqəsi tamamilə kəsilib. Hazırda müvafiq qurumların briqadaları yolun yenidən açılması və hərəkətin bərpası üçün ərazidə işlərini davam etdirir.

Düziçi rayon icra hakimiyyətinin başçısı (kaymakam) Kadir Yurdagül və bələdiyyə sədri Mustafa İba hadisə yerinə gələrək vəziyyətlə tanış olublar. İcra başçısı mətbuata açıqlamasında bütün briqadaların sahədə olduğunu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyünü bildirib.

"Anadolu" Agentliyinin məlumatına görə, ölkənin Osmaniyə vilayətində leysandan sonra daşqınlar və sel səbəbindən 2 nəfər həlak olub.

Qeyd edək ki, son günlər dünyanın müxtəlif ölkələrində, xüsusilə Dağıstanda və Azərbaycanda da sel hadisələri intensivləşib. Bölgəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində dağ çaylarında sululuq artıb, bəzi yaşayış məntəqələrində fərdi təsərrüfatlara və infrastruktura ziyan dəyib.

Musavat.com

Seçilən
33
2
musavat.com

3Mənbələr