AZ

Qubada sürüşmə zolağında alternativ yol çəkiləcək: Rəsmilər baxış keçirdi – FOTO

Rəsmilər aprelin 7-də geniş məsafədə torpaq sürüşməsi baş vermiş Quba-Qonaqkənd yoluna baxış keçiriblər.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Quba icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov məlumat verib.
 

O bildirib ki, bu gün Qubanın icra başçısı İlqar Mahmudov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, FHN-nin mütəxəssisləri, xidmət təşkilatlarının rəhbərləri sürüşmə zolağına təkrar baxış keçiriblər:


"Hazırda əhaliyə gediş-gəliş üçün nəzərdə tutulan alternativ yollar üzərində müzakirələr aparılıb. Bir neçə versiya var, onların biri barədə yekdil razılığa gəlib reallaşması təmin olunacaq".

Qurum rəsmisi onu da açıqlayıb ki, sürüşmə zolağının o tayında qalmış kəndlərin əhalisi üçün səhiyyə, internet xidməti təmin edilib, tezliklə alternativ yol da sakinlərin istifadəsinə veriləcək.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
34
2
bizim.media

3Mənbələr