AZ

Tramp İranın 10 şərtini zibil qutusuna atıb Sözçüsü hər şeyi danışdı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Az öncə Ağ Evin mətbuat katibi Karolin Levitt İranla bağlı atəşkəs razılaşması və digər məsələlər barədə jurnalistlərin suallarını cavablandırıb.Canlı yayımla bütün dünyanın izlədiyi mətbuat konfransında bir sıra mühüm məqamlar açıqlanıb.Ağ Ev təmsilçisinin dediklərini ümumiləşdirərək tezis formasında təqdim edirik:Zənginləşdirilmiş uran məsələsi ABŞ üçün prinsipial mövqedir və danışıqlarda əsas şərt kimi qalır. İranın bu uranı təhvil verməyə hazır olduğu bildirilib.Livan məsələsi razılaşmaya daxil deyil.ABŞ prosesi yalnız İranın nüvə və birbaşa təhlükəsizlik məsələləri ilə məhdudlaşdırmağa çalışır.İranın Hörmüzdən “haqq alması” tələbi qəbul edilməyib və rədd edilib.İranın ikili mövqe sərgilədiyi vurğulanıb – mediaya açıq şəkildə başqa, qapalı danışıqlarda isə fərqli mesajlar verilir.İranın “10 maddəlik planı” tamamilə rədd edilib və Donald Trump tərəfindən “zibil qutusuna atıldığı” bildirilib.İrana qarşı sanksiyalar qüvvədə qalır və lazım gələrsə daha da sərtləşdiriləcək. (SAVASHMEDİA.az)Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
9
demokrat.az

10Mənbələr