AZ

Xameneini belə andılar Fotolar Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü münasibətilə genişmiqyaslı anım mərasimi təşkil olunub.

“Qafqazinfo”nun məlumatına görə, mərasimlə bağlı paytaxtın mərkəzində nəqliyyat hərəkəti məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Mərasimdə çox sayda insan iştirak edib, Tehran sakinləri Ayətullah Seyid Əli Xameneini anmaq üçün küçələri doldurub. Dini ayinlər və xüsusi anım tədbirləri mərasimin əsas hissəsini təşkil edib.

Şəhərin mərkəzi küçələri və meydanları mərasim iştirakçıları ilə dolub, iştirakçılar mərhum liderin xatirəsini yad etmək üçün bayraqlar və portretlər gətiriblər.

Xatırladaq ki, Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həlak olub. Martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində Xamenei yaralanmış həyat yoldaşı Mənsurə Xocastənin vəfat xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
7
qafqazinfo.az

9Mənbələr