Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsi təhlükəsiz Avropa infrastrukturunun genişləndirilməsi proqramı çərçivəsində Finlandiyanın Lahti şəhərindəki məlumat mərkəzinə daha 1 milyard avro sərmayə qoyacaq. Bundan əvvəl isə şirkət bu ölkənin Suomi-Kouvola şəhərindəki məlumat mərkəzinə 1 milyard dollar investisiya yatırılacağını açıqlayıb.
Hafta.az xəbər verir ki, Finlandiyanın məlumat mərkəzi infrastrukturuna qoyulan hər iki investisiya bölgədə məlumatların suverenliyini təmin etməyə yönəlmiş 12 milyard avroluq Avropa təşəbbüsü olan “Project Clover”in bir hissəsidir. Şirkətin veb saytı yazır ki, təşəbbüs “TikTok”un 200 milyondan çox Avropa istifadəçisinin sənayedə aparıcı təhlükəsizliyini təmin etməyi hədəfləyir.
“TikTok” iddia edir ki, Finlandiya ixtisaslı işçi qüvvəsi, təmiz enerjiyə çıxış və qabaqcıl rəqəmsal infrastrukturun unikal kombinasiyasını təmin edir. Buna görə də bu ölkə şirkətin Avropa imkanlarını genişləndirmək, regional səviyyədə məlumatın təhlükəsizliyini və saxlanmasını gücləndirmək üçün platformaya çevrilib.