AZ

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün İslamabada gedir

İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə bu axşam İslamabada gedəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm “X” hesabında yazıb.

Səfir qeyd edib ki, nümayəndə heyəti İranın təqdim etdiyi 10 bəndlik plan əsasında ciddi danışıqlar aparmaq niyyətindədir: "Həmin plan ABŞ ilə danışıqlar üçün əsas çərçivə kimi irəli sürülüb və regional münaqişələrin dayandırılması, o cümlədən atəşkəs şərtlərini əhatə edir".

Səfir İsrailin diplomatik təşəbbüsü sabotaj etmək məqsədilə atəşkəsi dəfələrlə pozması səbəbindən İran ictimaiyyətinin şübhələrinə baxmayaraq, nümayəndə heyətinin danışıqlar üçün İslamabada səfər edəcəyini vurğulayıb.

Seçilən
22
50
redaktor.az

10Mənbələr