AZ

Paytaxtda mikromobillik xidmətlərinə tələbat rekord səviyyəyə çatıb

Bakı.Trend:

2026-cı ilin ilk 3 ayı ərzində Bakı şəhəri üzrə mikromobillikvasitələri 676 907 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrüilə müqayisədə 1,7 dəfə çoxdur.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, xüsusilə velosipedlərin sifarişindənəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Belə ki, ötən ilin ilkrübündə velosiped 49 082 dəfə sifariş olunduğu halda, bu ilinmüvafiq dövründə 188 847 dəfə sifariş edilib ki, bu da 4 dəfəçoxdur.

Eyni zamanda, velosipeddən istifadə edənlərin sayı da 4 dəfəartaraq 86 445 nəfər təşkil edib.

Cari ilin yanvar-mart aylarında alternativ nəqliyyat növü kimimikromobillik vasitələrindən istifadə edənlərin sayı 344 201nəfərdir. Bu, 2025-ci ilin ilk 3 ayının göstəricilərindən 1,5 dəfəçoxdur.

Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilənvelosiped və skuterlərlə bu ilin 3 ayında 1 345 398 kilometr yolqət edilib. Bu, ötən illə müqayisədə 1,4 dəfədən çoxdur.

Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dairməlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərindən istifadəedənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu deməkolar.

Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçünmikromobillik infrastrukturu genişləndirilir.

Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometrtəşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılmasıplanlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 872,velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib.Hazırda icarəyə verilən skuter sayı 4240, velosiped sayı isə2200-dür.

Məqalədə:
Seçilən
19
10
az.trend.az

10Mənbələr