AZ

Lənkəranda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar varFOTO

Lənkəranda ağac hərəkətdə olan avtomobilin üstünə aşıb.

Xezerxeber.az xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib.

Astara rayonunun Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac üstünə aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və qızın qaynanası 1960-ci il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda
  • Lənkəranda
Seçilən
28
13
xezerxeber.az

10Mənbələr