AZ

Almaniya Vensi ikiüzlülükdə ittiham edib

Almaniya hökuməti ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Macarıstanda seçkilərə Avropa İttifaqının müdaxiləsi ilə bağlı iddialarına sərt reaksiya verərək onu ikiqat standartlar və ikiüzlülükdə ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri yazır.

Almaniya hökumətinin sözçüsünün müavini Sebastian Hille bildirib ki, Vensin səsvermədən bir neçə gün əvvəl Budapeştə səfəri özü seçki prosesinə təsir cəhdi kimi qiymətləndirilə bilər.

"Biz bu ittihamları rədd edirik. ABŞ vitse-prezidentinin seçkilərdən az əvvəl Macarıstanda olması əslində kimin müdaxilə etdiyini göstərir", deyə Hille vurğulayıb.

Almaniya hökuməti qeyd edir ki, seçkilərin nəticələri ilə bağlı heç bir üstünlük göstərmir və yalnız Macarıstan seçicilərinin qərarını tanıyır.

Xatırladaq ki, Budapeştə səfəri zamanı Cey Di Vens Macarıstanın baş naziri Viktor Orbanla birlikdə çıxış edərək Brüsseli kəskin tənqid edib. O bildirib ki, seçki kampaniyası zamanı Aİ-nin addımları "xarici müdaxilənin ən pis nümunələrindən biridir" və "Brüsseldəki bürokratları" macar seçicilərə təzyiq göstərməkdə günahlandırıb.

Orbanı açıq şəkildə dəstəklədikdən sonra Vens təkcə Almaniyada deyil, Macarıstan müxalifəti tərəfindən də tənqid olunub. Müxalifət lideri Peter Macar vurğulayıb ki, heç bir xarici dövlət seçkilərə təsir göstərməməlidir.

"Bu bizim ölkəmizdir. Macarıstanın tarixi Vaşinqtonda, Moskvada və ya Brüsseldə yazılmır", deyə o bildirib.

Vəziyyəti ABŞ prezidenti Donald Trampın mövqeyi də mürəkkəbləşdirir. O, kampaniya dövründə dəfələrlə Viktor Orbanı açıq şəkildə dəstəkləyib. Vaşinqtonda Orban Avropada mühüm ideoloji müttəfiq kimi qiymətləndirilir və bu, mövcud gərginliyi daha geniş siyasi qarşıdurmanın bir hissəsinə çevirir.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr