AZ

Xameneiyə anım mərasimi keçirildi VİDEO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü münasibətilə genişmiqyaslı anım mərasimi təşkil olunub.

Milli.Az xəbər verir ki, mərasimdə çox sayda insan iştirak edib, Tehran sakinləri Ayətullah Seyid Əli Xameneini anmaq üçün küçələri doldurub. Dini ayinlər və xüsusi anım tədbirləri mərasimin əsas hissəsini təşkil edib.

Xatırladaq ki, Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həlak olub. Martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində Xamenei yaralanmış həyat yoldaşı Mənsurə Xocastənin vəfat xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
7
news.milli.az

8Mənbələr