AZ

Astarada “Olimp” marketdə normativ tələblər pozulub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 9 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara şəhərinin İ.Kaverin küçəsində Həsənov Nurid Həsən oğluna məxsus “Olimp” marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Marketdə məhsulların saxlama şəraitinə və temperatur rejiminə riayət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, yararlılıq müddəti ötmüş məhsulların satıldığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin qida obyektində “Organic Brand”, “Naturel”, “Bakineç”, “Wheat Water” əmtəə nişanlı alkoqollu içkilərin etiket məlumatlarının saxtalaşdırıldığı və qeydiyyatdan keçməmiş qida obyektində istehsal olunduğu aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
3
azertag.az

4Mənbələr