Kulinar-texnoloq Mübariz Vəliyev kolbasa və sosislərin zərəri haqqında danışıb.
“Yeni Sabah” xəbər verir ki, o, sosisin tərkibində olan zərərli maddələr və qatqıları sadalayıb.
O bildirib ki, marketdə satılan sosislərin tərkibində olan maddə insanlarda təzyiq problemi yaradır:
“Üzərində mal əti və toyuq hissələrinin olduğu yazılıb. "Toyuq hissələri" dedikdə, toyuq dərisi, qığırdaqları, yəni istifadə olunmayan hissələri nəzərdə tutulur. Stabizatorlar: E-450, turşuluq tənzimləyicisi E-330. Bir çox sosislərin içərisində, əsasən, soya, nişasta, dəri tullantıları, E-250, sodium nitrit və dadlandırıcılar var. Bizim və körpələrimizin bunları istəməsinin əsas səbəbi onun içində olan koddur: E-621. Bu insanlarda asılılıq yaradır. Həmçinin dad yaradılmasına və məhsulun uzun müddət qalmasına kömək edir. Bu dad da baş ağrısı və halsızlıq yaradır. Beyin fəaliyyətinə təsir edir. Həmçinin təzyiqin yaranmasına səbəb olur”.
Mübariz Vəliyev sosisin xərçəng yaratdığını da iddia edib:
“Onun tərkibində olan E-250 maddəsi natrium nitritdir. O, məhsulu rəngləndirir, bakteriayaların inkişafını dayandırır. Bu da xərçəng riskini artırır. “Mirozamin” adlanan xərçəngtörədici maddəyə çevrilir. Həmçinin sosisin tərkibinə toyuq dərisi, mal piyi, palma yağı, dadlandırıcı soyalar, nişastalar, sümük tozları və s. qatılır. Bununla da istehsalçılar həm büdcələrini qoruyur, həm də insanları zəhərləyirlər”.
Aydan Hacı
Telegram kanalımız