AZ

İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb, bərpa işlərinə başlanılıb

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən daxil olan məlumata əsasən, bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.

Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi Qoruq İdarəsinin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır.

Seçilən
42
49
yeniazerbaycan.com

10Mənbələr