Bu gün UEFA Konfrans Liqasının 1/4 final mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, 4 görüşün hamısı bir gündə keçiriləcək.
Günün ilk matçında “Rayo Valyekano” Yunanıstan təmsilçisi AEK ilə üz-üzə gələcək. Bu qarşılaşma 20:45-də, digər 3 görüş isə 23:00-da baş tutacaq.
Ukrayna “Şaxtyor”u “AZ Alkmar”la münasibətlərinə aydınlıq gətirəcək. “Kristal Pelas” “Fiorentina”nı, “Maynts” isə “Strasburq”u sınağa çəkəcək.
1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.
UEFA Konfrans Liqası
1/4 final, ilk oyunlar
9 aprel
20:45. Rayo Valyekano (İspaniya) – AEK (Yunanıstan)
23:00. Şaxtyor Donetsk (Ukrayna) – AZ Alkmar (Niderland)
23:00. Kristal Pelas (İngiltərə) – Fiorentina (İtaliya)
23:00. Maynts (Almaniya) – Strasburq (Fransa)