AZ

Lənkəranda ağac maşının üstünə aşdı - Xəsarət alanlar var

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə aşıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayonunun Təngərüd kənd sakini, 59 yaşlı Müzəffərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yol kənarındakı çürümüş ağac qəfil aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.

Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı, 38 yaşlı Nüşabə Müzəffərova və onun qayınanası, 66 yaşlı Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Onlara zəruri ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Məlumata görə, qəzada xəsarət alan T.Babayeva həmin gün xəstəxanada həkim qəbuluna yazılıbmış. Onlar qəbul üçün yola düşərkən hadisə baş verib.

Seçilən
21
5
publika.az

6Mənbələr