AZ

Deputat Elnarə Akimova Özbəkistanda Azərbaycanşünaslıq mərkəzinin açılışında çıxış edib

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində XX əsr türkoloji elminin görkəmli nümayəndəsi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq mərkəzinin açılışı baş tutub.

525.az xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, universitetin rektoru Sanjar Adilov və digər rəsmi şəxslər iştirak edib.

Millət vəkili Elnarə Akimova açılış mərasimində çıxış edərək Azərbaycanşünaslıq mərkəzlərinin yaradılmasının elmi-humanitar əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayıb. O bildirib ki, Xalid Səid Xocayev kimi alimlərin irsi yalnız iki xalqı deyil, bütövlükdə türk dünyasını birləşdirən mənəvi körpüdür. Deputatın sözlərinə görə, belə mərkəzlər gənc nəslin ortaq ədəbi və elmi irsə marağını artırmaqla yanaşı, yeni tədqiqat istiqamətlərinin formalaşmasına da təkan verir.

E.Akimova xüsusilə qeyd edib ki, Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin xaricdə tədrisi ölkənin beynəlxalq humanitar siyasətinin mühüm istiqamətlərindən biridir və bu kimi təşəbbüslər dost və qardaş ölkələrlə münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Mərasim çərçivəsində iştirakçılar yeni yaradılmış mərkəzdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, mərkəz Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini əks etdirən zəngin kitab fondu, foto materiallar və tədris vəsaitləri ilə təmin olunub. Burada həmçinin Azərbaycan və Özbəkistanın dövlət rəmzləri, görkəmli şəxsiyyətlərin portretləri və müxtəlif vizual materiallar yer alır.

Qeyd edilib ki, Azərbaycanşünaslıq mərkəzi tələbələr üçün Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsi baxımından mühüm akademik platforma olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
525.az

1Mənbələr