AZ

Albares: İspaniya Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək

İspaniya İrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək.

"Far.Az" İspaniya mətbuatına istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

"Mən Tehrandakı səfirimizə (Antonio Sançes-Benedito - red.) qayıtmağı və fəaliyyətini bərpa etməyi tapşırdım", - o qeyd edib.

Albares bildirib ki, dünən iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı İran və ABŞ arasında əldə edilmiş iki həftəlik atəşkəs razılaşmasına dəstəyini ifadə edib, Fars körfəzi ölkələrinə hücumların dayandırılmasını, Hörmüz boğazından bütün gəmilərin sərbəst və təhlükəsiz keçidinin mümkün qədər tez bir zamanda təmin edilməsini xahiş edib.

Seçilən
23
far.az

1Mənbələr